Haqqımızda

“Afshan Studio” 2008-ci ildə yaranıb və fəalliyyəti dövründə bugünkü günə kimi Bakı şəhərində öndə gedən tikinti və memarlıq şirkətlərindən biridir. Bizim studiyamız interyerin həllində və dizaynın inkişafında ixtisaslaşır, həmçinin hazırlıq dövrü içərisində təqdim olunmuş layihənin əvvəlindən sonuncu mərhələsinədək nəzarət edir.

Biz dünya tendensiyalarına əsaslanaraq yüksək keyfiyyətli materiallardan istifadə edərək bugünkü bazarın tələblərinə uyğun məhsul yaratmaq imkanı əldə edirik. Təcrübəli dizaynerlərdən və memarlardan ibarət komandamız eskiz planından başlayaraq və nəzərdə tutulan tam təcəssümü üçün layihələr tərtib edir.

Müştərilərimizin arzularını təcəssüm etdirən və zəngin təcrübə əldə etmiş şirkətimiz sifarişçilərin zövqlərini və büdcəsini nəzərə alaraq yüksək dərəcədə fərdi yanaşmalara və yaradıcı nəticələrə nail olmaq üçün bir nüfuz qazanmışdır. Görülən işlər özündə yaşayış və kommersiya obyektləri və həmçinin restavrasiya və konstruksiyanı yerləşdirir. Biz zamanla ayaqlaşırıq, nail olduğumuz uğurla yetinmirik və daima irəli gedirik. Bizim devizimiz: “Arzularınızı yerinə yetiririk, xəyallarınızı gerçəkləşdiririk”.