© Afshan Studio 2020
Bee Goddess
Bee Goddess
Bee Goddess
Bee Goddess
Bee Goddess
Bee Goddess
Bee Goddess
Bee Goddess
Bee Goddess
Bee Goddess
Bee Goddess
Bee Goddess
Bee Goddess
Bee Goddess
Bee Goddess
Bee Goddess
Bee Goddess
  • Ölçü: 75 kv. m.

Bir çox mədəniyyətlərdə arı sülh, göy və ulduzların simvoludur. O, baharın və təbiətin yenilənməsinin müjdəçisi olan Tanrının  köməkçisini təcəssüm etdirir. Brendin adı və fəlsəfəsinə uyğun olaraq məhz mifoloji mövzu müəlliflərimiz tərəfindən Bakının mərkəzində yerləşən butikin dizaynının əsası kimi seçilmişdir.

Arıların estetik nöqteyi-nəzərdən və otağın təyinatı üzrə təsviri daha neytral təsəvvürlə əvəz edilmişdir: onların əməyinin məhsulu – arı şanları.

Aktiv istifadə olunan parıltının sayəsində zənginlik, dəbdəbə və hər bir müştəriyə fərdi yanaşma hissi yaranır. Mərməri təqlid edən dekorativ suvaq fonunda divara brilyantlarla vurulan, Ece Şirinin müəllifi olduğu ay ilahəsi Artemis/Diana simvolu seçilir.

Nazik ayaqları olan masalar və mini-vitrinlər, arı şanı formasında asma stellajlar, zərif formalı məxməri yumşaq mebel və digər əşyalar müəlliflərimizin orijinal eskizləri əsasında xüsusi olaraq hazırlanmışdır.

Bee Goddess butikində arı-merçendayzerin həndəsi kəsiklərindən ilhamlanaraq, axar formalar kəskin bucaqların və dəqiq həndəsi xətlərin çoxluğu ilə uyğunlaşdırıldı.