Warning: count(): Parameter must be an array or an object that implements Countable in /home/afshanstudiocom/www/portfolio.php on line 113
Metamorphosis - Afshan Studio
© Afshan Studio 2024
Metamorphosis
Metamorphosis
Metamorphosis
Metamorphosis
Metamorphosis
Metamorphosis
Metamorphosis
Metamorphosis
Metamorphosis
Metamorphosis
Metamorphosis
Metamorphosis
Metamorphosis
Metamorphosis
Metamorphosis
Metamorphosis
Metamorphosis
Metamorphosis
Metamorphosis
Metamorphosis
Metamorphosis
Metamorphosis
Metamorphosis
Metamorphosis
Metamorphosis
Metamorphosis
  • Ölçü: 240 kv. m.

"Metamorphosis" layihəsi gənc, enerjili ailə, eksperimentdən qorxmayan parlaq qeyri-adi şəxsiyyətlər üçün yaradılmışdır. Müəlliflərimiz bu layihəni "Metamorphosis" adlandırdılar, çünki burada müşahidə olunduğu kimi dizayn üslublarının tədricən keçidləri, dəyişiklikləri gözləri sevindirir, interyerin orijinallığını vurğulayır. İnteryerin səciyyəvi xüsusiyyəti rəngarənglik, eklektik dizaynın özünəməxsus qarışığıdır, hansi ki, özündə dəbdəbə və təmtəraqın yüngül əlamətlərini vurğulayır.

Rəng qamması və arakəsmənin sayəsində sifarişçilərimiz məkanın ölçüsünü idarə etmək imkanı əldə etdilər və indi bu ilkin sahəsi 50 kv.m-dən çox olan böyük qonaq otağı həm 20-ci illərin səs-küylü kokteyl əyləncə gecələri üçün ideal salona çevrilir, həm də ayrıca yemək otağı və qonaq zonasına bölünür. Bəzi otaqlarda interyer neytral rəng palitrasında yerinə yetirilmişdir, hansı ki, ağac, mərmər, dekorativ suvaq kimi müxtəlif teksturalarla və materiallarla yerbəyer edilmişdir. Məkana təkrarolunmaz kolorit və dərinlik Renata Miqasın möhtəşəm tabloları və orijinal çıraqların "canlandırdığı" çərçivələrlə bəzədilmiş güzgülər gətirir.

Mətbəxin orijinal və zərif dizaynını yaratmaqda bizə populyar göy rəngin çalarları ilə birlikdə parlaq rəngləri birləşməsi kömək etdi. Biz çalışırdıq ki, məhz bu mətbəxdə səmimi söhbət əsnasında məmnuniyyətlə çay içmək, bütün ailə üçün dadlı və sevimli yeməklər hazırlamaq üçün rahat atmosfer yaransın.