Qara və qızıl Qədim Misir, Konstantinopol və Qədim Roma dövrünə aid bir birləşmədir. Əlbəttə ki, fironlar və Roma imperatorları təbii qızıldan istifadə edirdilər, biz isə qənaət məqsədilə, interyerin işlənməsində boyadan, divar kağızından, bəzəkli plitədən, dekorativ panellərdən istifadə edirik. Komandamız qədim antik dövrdən ilham alıb, lakin on uxay-tek üslubunda ifadə edərək, uzaq gələcəyin ofisinin interyerində əks etdirib.
Qapılardakı mürəkkəb texnoloji sxemi xatırladan unikal dekorativ suvaq, radio dalğaları xatırladan axarlı formalı qapılar xay-tek üslubu üçün səciyyəvi sadəlikdə yerinə yetirilməyib, əksinə, onlar dəbdəbəni və zərifliyi, bütün interyerdə mövcud olan müəyyən təmtəraqlılığı vurğulayırlar.
Eyni zamanda, "Hayat Palace"-ın interyeri ağac kimi təbii detallardan və materiallardan məhrum deyil, hansı ki, interyerdə naturallıq və sünilik arasındaki müəyyən kontrast yaradır.