Warning: count(): Parameter must be an array or an object that implements Countable in /home/afshanstudiocom/www/portfolio.php on line 113
Gözəllik salonu Sevilla - Afshan Studio
© Afshan Studio 2024

Gözəllik salonu Sevilla

Gözəllik salonu Sevilla
Gözəllik salonu Sevilla
Gözəllik salonu Sevilla
Gözəllik salonu Sevilla
Gözəllik salonu Sevilla
  • Ölçü: 80 kv. m.

"Sevilla" salonunun interyerinin səciyyəvi xüsusiyyətləri, şübhəsiz ki, funksionallıq, praktiklik və komfort deməkdir. Əsas vəzifə verilən kiçik bir sahədən səmərəli istifadə etmək, vizual olaraq məkanı böyütmək idi. Müəlliflərimiz rəng seçimi baxımıdan bir qədər riskə gedərək, vizual artımın kanonlarından kənara çıxaraq boz və tünd rəngləri açıq rənglərə üstün tutdular. Bozun mərcan rəngi ilə birləşməsi nəticəsində rəng həlli yuvenial bir hal aldı.

Işçilər və müştərilər üçün sonsuz open space hissi yaratmamaq səbəbilə, müəlliflərimiz işıqları və məkanı maneə törətmədən sahəni qismən bağlayan taxta tamasaların köməyi ilə məkanı böldülər. Müştərilərin və əməkdaşların sakitliyə ehtiyac duyduğu zonalarda, məsələn, estetik və spa-prosedur zonalarında məkan məqsədə uyğun şəkildə daha tənha alınmışdır.

Bu gün həm kişilər, həm də qadınlar üçün universal, yararlı interyerlər getdikcə daha çox populyarlıq qazanır. Onlar özündə kişi funksionallığını və qadın zərifliyini birləşdirirlər, eyni zamanda detallarla həddən artıq boşluqdan və ya həddən artıq yüklənmədən məhrumdurlar. Müəlliflərimiz hər iki cinsin üstünlüklərində mükəmməl kompromis olan müasir dizayn yaratmaq qərarına gəlmişdir.